“Sərhədçi” “Sumqayıt”a uduzdu

Azərbaycan basketbol liqasının III turunun daha bir oyunu keçirilib.

Allsport.az xəbər verir ki, “Sərhədçi” “Sumqayıt”ı qəbul edib.

Ev sahibləri görüşün favoriti hesab olunsalar da, qonaq komanda qələbə qazanıb. İlk periodu 22:11 hesabı ilə üstün bitirən “Sumqayıt” üstünlüyünü sonadək qoruya bilib. Son yaxın “Sərhədçi” daha yaxşı oynasa da, hesabı öz xeyrinə dəyişə bilməyib. Bu, “Sumqayıt”ın mövsümdə ilk qələbəsi olub.

Həmin kateqoriyadan