“Sərhədçi” və “Sabah” basketbolçularından vacib qələbələr

Allsport.az xəbər verir ki, 4 aprel “Sərhədçi” idman mərkəzində Azərbaycan basketbollLiqasının (ABL) 24-cü turunun 2 oyunu baş tutub. Turun açılış oyununda “Sərhədçi” komandası, region təmsilçisi “Olimpik Şəki” ilə üz-üzə gəlib. “Sərhədçi” basketbolçuları bu oyunda 94:91 hesablı çətin qələbəyə seviniblər.

Ən məhsuldar basketbolçular: “Sərhədçi” ( Maksvel Starvud – 35 xal, 7 götürmə ), “Olimpik Şəki” ( Davante Kuper – 29 xal, 5 götürmə ) Günün 2 oyunu “Neftçi” və “Sabah” basketbolçuları arasında keçirilib.

Bu görüşdə 80:68 hesablı qələbə qazanan tərəf “Sabah” basketbolçuları oldular. Ən məhsuldar basketbolçular: “Neftçi” ( Mohsen Moradxani – 23 xal, 16 götürmə), “Sabah” ( Kamran Məmmədov – 19 xal, 7 götürmə)

Tura 5 aprel tarixində keçiriləcək “Zirvə Astara” – NTD, “AAAF Xırdalan – “Gəncə” oyunları ilə yekun vurulacaq.

Həmin kateqoriyadan