“Sabah” ölkə çempionudur!

Allsport.az xəbər verir ki, 30 may “Sərhədçi” idman mərkəzində, Azərbaycan basketbol liqasının (ABL) “Sabah” və “Gəncə” komandaları arasında final seriyasının sonuncu beşinci oyunu baş tutub.

Oyunun əsas vaxtında qalib müəyyənləşməyib və qarşılaşma əlavə vaxta gedib. “Sabah” gərgin və maraqlı oyunun yekununda “Gəncə” üzərində 86:85 hesablı qələbə qazanıb.

Final sıralamasında 3-2 hesablı qələbə qazanan “Sabah” komandası, Azərbaycan basketbol liqasında 2022/23-cü illər mövsümünün çempionu olub. Bu mərhələdə ən dəyərli oyunçusu (MVP) amerikalı Entoni Patti seçilib. Ən məhsuldar basketbolçular: “Sabah” (Entoni Patti – 24 xal, 13 götürmə), “Gəncə” (Kollin Törner – 26 xal, 11 ötürmə).

Həmin kateqoriyadan