- Baxış sayı: 32
- 26 Aprel 2024 22:34
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
“Sərhədçi” idman mərkəzində, basketbol üzrə Azərbaycan kubokunun “B” qrupunda son iki oyun keçirilib.
Allsport.az xəbər verir ki, günün ilk oyunu “Gəncə” və “Şəki” komandaları arasında baş tutub. Bu oyun “Gəncə” klubunun 85-78 hesablı qələbəsi ilə yekunlaşıb.
Ən məhsuldar basketbolçular: “Gəncə” (Donovan Filds – 20 xal, 7 ötürmə), “Şəki” (Simeus Vebster – 22 xal, 14 götürmə).
Günün ikinci oyununda qrupdan çıxmaq uğrunda mübarizə aparan “Sabah” la, “NTD-İndiqo” üz-üzə gəlib. Bu görüşdə “NTD-İndiqo” 89-85 hesablı qələbə qazanaraq, “B” qrupunu lider tamamlayıb. “Sabah” ın məğlub olmasından sonra, “Sərhədçi” yarımfinala vəsiqə qazanıb.
Ən məhsuldar basketbolçular: “Sabah” (Endər Poladxanlı – 21 xal, 10 götürmə), “NTD-İNDİQO” (Qriffin Remmi – 21 xal, 11 götürmə).