- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 41
- İyun 26, 2026
- 0

Allsport.az verir ki, bu gün Gəncə olimpiya idman kompleksində 25-ci turun açılış oyunu baş tutub.
“Gəncə” doğma azarkeşlər önündə, paytaxt “Sabah” basketbolçularını qəbul edib. Xalaxal prinsipi ilə keçən gərgin oyunun sonunda “Sabah” komandası, amerikalı oyunçusu Kalin Kreynin sona bir saniyə qalmış yerinə yetirdiyi dəqiq üçlüklə oyunu 87:84 hesablı qələbə ilə tamamlayıb.
Ən məhsuldar basketbolçular: “Gəncə” (Amil Həmzəyev – 33 xal, 3 götürmə ), “Sabah” (Kalin Kreyn – 20 xal, 3 götürmə )
Turun digər oyunları ( “Olimpik Şəki” – “Neftçi”, “AAAF Xırdalan” – NTD, “Sərhədçi” – “Zirvə Astara” ) 9, 10 və 11 aprel tarixlərində baş tutacaq.