- Baxış sayı: 42
- 10 Avqust 2026 21:53
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0

Allsport.az xəbər verir ki, “Sərhədçi” idman mərkəzində, Azərbaycan basketbol liqasının (ABL) pley of mərhələsində “AAAF Xırdalan” və “Sabah” komandaları arasında yarımfinal seriyasının ikinci oyunu baş tutub.
Gərgin mübarizə şəraitində davam edən oyunun yekununda “Sabah ” basketbolçuları 83:77 hesablı qələbəyə seviniblər.
Bu qələbə ilə “Sabah” yarımfinal seriyasını 2:0 hesabı ilə qazanaraq finala vəsiqəni təmin edib.
Ən məhsuldar basketbolçular: “AAAF Xırdalan” ( Deymon Makdouel – 34 xal, 4 götürmə), “Sabah” ( Entoni Patti – 25 xal, 7 götürmə)