- Baxış sayı: 47
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 84
- Sentyabr 25, 2026
- 0

Bu gün basketbol üzrə Azərbaycan çempionatında VII turda yekun vurulub.
Allsport.az xəbər verir ki, turun son matçında “Şəki” evdə “Sabah”ı qəbul edib.
Azərbaycan çempionu görüşün aşkar favoriti olsa da, oyuna meydan sahibləri daha yaxşı başlayıblar. İkinci periodun ortasına kimi hesabda irəli olan “Şəki” tədricən üstünlüyü əldən verib. “Sabah”ın təcrübəli basketbolçuları dəqiq atışlarla fərqi artırıblar.
25 xal fərqi ilə qələbə “Sabah”ı 1-ci pilləyə yüksəldib.
12:00. “Şəki” – “Sabah” – 76:101 (28:19, 18:30, 18:29, 12:23)