“Sabah” super seriyaya qələbə ilə başlayıb

Allsport.az xəbər verir ki, “Sərhədçi” idman mərkəzində, Azərbaycan basketbol liqasının (ABL) “Sabah” və “Gəncə” komandaları arasında final seriyasının ilk oyunu baş tutub. Oyuna üstün başlayan “Gəncə” bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyib və 2-ci hissədə geri dönüş edən paytaxt klubu “Sabah” yekunda 71:69 hesablı qələbə qazanıb.

Bu qələbə ilə “Sabah” seriyadakı hesabda 1:0 önə keçib. Final seriyasının 2-ci oyunu 22 may saat 19:30-da baş tutacaq. Ən məhsuldar basketbolçular: “Sabah” ( Entoni Patti – 12 xal, 12 götürmə), “Gəncə” ( Kollin Törner – 17 xal, 11 ötürmə)

Həmin kateqoriyadan