“Sabah” və NTD çempionatın zirvəsində

Azərbaycan basketbol liqasında (ABL) 22-ci turun iki oyunu baş tutdu.

Allsport.az xəbər verir ki, günün ilk oyununda Astarada yerli “Zirvə Astara”, “Sabah”ı qəbul edirdi. Oyuna fəal başlayan paytaxt klubu “Sabah” rəqibi üzərində 87:65 hesablı qələbə qazanaraq ilk pillədəki mövqeyini qorudu. Ən məhsuldar basketbolçular: “Zirvə Astara” (Zo Tayson – 16 xal, 8 götürmə), “Sabah” (Entoni Patti – 28 xal, 18 götürmə)

Günün 2-ci oyunu Sərhədçi idman mərkəzində NTD və “Sərhədçi” arasında keçirildi. Gərgin qarşılaşmanın sonunda NTD 76:73 hesablı qələbə qazandı. Ən məhsuldar basketbolçular: NTD (Ceremi Heys – 18 xal, 10 götürmə), “Sərhədçi” (Brendon Miller – 21 xal, 9 ötürmə)

22-ci tura “Olimpik Şəki” – “Gəncə” oyunu ilə yekun vurulacaq.

Həmin kateqoriyadan