“Sabah”da 3 yeni basketbolçu

Ölkəmizi FİBA Avropa kubokunun ələməsində təmsil edəcək “Sabah” hazırlıq çərçivəsində heyətini gücləndirməkdə davam edir. Allsport.az saytı xəbər verir ki, komandamız 25 yaşlı amerikalı Kivon Devonportla sözləşib.

203 santimetr boya malik basketbolçu İsrail, Ukrayna və Fransa liqalarında legionçu həyatı yaşayıb. Son klubu Fransa “Orlean”ı olub.

Azərbaycan çempionunun transfer etdiyi digər amerikalı Mayk Holtondur.

Xorvatiyalı Pavle Marçinkoviç də “Sabah”a keçib. Millinin kapitanı universallığı ilə seçilir. 34 yaşlı təcrübəli basketbolçu karyerası ərzində Bolqarsıtan və Kipr komandalarında çıxış edib.

Hər 3 oyunçu ilə 1 illik anlaşılıb.

Həmin kateqoriyadan