Sabonis yığmada iştirak edə bilməyəcək

“Sakramento”nun müdafiəçisi Domantes Sabonis sağ baş barmağından əməliyyat olunub.

Allsport.az xəbər verir ki, bunu Litva millisinin baş məşqçisi Kazis Maksvitis qarşıdan gələn dünya çempionatı üçün genişləndirilmiş heyət haqqında danışarkən təsdiqləyib.

Domantesin bu yay millidə olmamasının əsas səbəbləri onun müqaviləsi və səhhəti idi. Əməliyyatdan sonra sağalmağa çalışsa da, buna nail ola bilməyib. Gəlmədiyinə görə üzr istədi və gələn yay gələcəyinə söz verdi” – Maksvitis bildirib.

Basketbolçunun qayıtma vaxtı hələ müəyyən edilməyib. O, SSRİ yığmasının heyətində dünya və Avropa çempionu Arvidas Sabonisin oğludur.

Həmin kateqoriyadan