“Şahdağ” turizm mərkəzində Heydər Əliyevin 100 illik yubileyinə dağ xizəyi yarışı

Qış idman növləri federasiyasının və “Şahdağ” turizm mərkəzinin təşkilatçılığı, milli olimpiya komitəsinin, gənclər və idman nazirliyinin və dövlət turizm agentliyinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həvəskarın dağ xizəyi üzrə yarış keçirilib.

Allsport.az saytı xəbər verir ki, əsas məqsəd ölkədə qış idman növlərini təşviq etmək və insanlar arasında bu idman növlərinə marağı artırmaqdır. 2 gün davam edəcək yarışa öncədən qeydiyyatdan keçən, böyük və uşaqlardan ibarət 12 kateqoriya üzrə 50-dən çox həvəskar xizəkçi qatılıb.

Yarışın 1-ci günündə 3 böyük yaş kateqoriyası üzrə kişi və qadınlardan ibarət xizəkçilər “Slalom Gigant” növü üzrə mübarizə aparıblar.

Veteran kişilər arasında:
1.Daniel Makkenel (BƏƏ)
2.Artur Sionek (Polşa)
3.Pavel Kerzanovski (Polşa)

Gənclər arasında:
1.Viktor Sionek (Polşa)
2.Elbrus Əzizov
3.Ramin Beybutov

Veteran qadınlar arasında:
1.Tatyana Yeqanova (Rusiya)
2.Anna Vəliyeva
3.Daria Bivol

Kişilər arasında “Ustad xizəkçi” kateqoriyası üzrə:
1.Nəsir Fərhadov
2.Ramiz Ağayev
3.Murad Aydınov

Qadınlar arasında “Ustad xizəkçi” kateqoriyası üzrə:
1.Nəzrin Qəribova
2.Şəbnəm Hümbətova

Həmin kateqoriyadan