Sebastyan Fettel Azərbaycanda sosial şəbəkələrdən istifadə etməyəcək

“Ferrari” komandasının sürücüsü Sebastyan Fettel sosial şəbəkələrdən istifadə etmir və belə bir fikrinin olmadığını deyib. Allsport.az saytı xəbər verir ki, hazırda əksər pilotların sosial şəbəkələrdə hesabları olsa da, almaniyalı özünü bu sferada asosial aparır. F-1.az-a görə, Lüis Həmiltonun “Twitter”də 4.5 milyon, Fernando Alonsonun “İnstagram”da 1.5 milyon izləyicisi var.

“Harada və kiminlə olduğumu, nə etdiyimi başqaları ilə niyə bölüşüm? İnsanların özləri barədə danışmasını anlamıram. Mənim buna ehtiyacım yoxdur. Amma digər insanları da buna mühakimə etmirəm. Deyəsən, öz şəkillərimi sevməyən nəslə aidəm.

İnsanlar bəzən mənimlə şəkil çəkdirir. Bunun səbəbini soruşanda cavab ala bilmirəm. Keçən dəfə də biri gəldi və mənə “səninlə şəkil çəkdirmək istəyirəm, çünki dostlarıma səni tanıdığımı isbatlamaq istəyirəm” dedi. Mən isə, “Əgər dostların sənə inanmırsa, deməli onlar üçün güvənli adam deyilsən” dedim – Sebastyan Fettelin buna izahı belədir .

Həmin kateqoriyadan