Seks qalmaqalında adı hallanan xokkeyçi ilə müqavilə imzalaydı

Seks qalmaqalında adı hallanan xokkeyçi ilə müqavilə imzalaydı

“Ağ Barıs” hücumçu Maykl Makleodla müqavilə imzalayıb. Allsport.az saytı xəbər verir ki, 26 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

Xokkeyçinin “Nyu Cersi Devils”lə anlaşması başa çatıb. Ötən mövsüm o 45 müntəzəm mövsüm oyununda 19 xal (10 qol, 9 məhsuldar ötürmə) toplayıb.

Maykl 2018-ci ildə Kanada gənclər millisinin oyunçuları ilə bağlı seks qalmaqalı ilə bağlı ittiham olunan 5 nəfərdən biridir.

Həmin kateqoriyadan