Sergey Omelçenko üçün daha bir imkan

İsveçrənin Qrenhen şəhərində keçirilən velosiped idmanının trek növü üzrə Avropa çempionatına bu gün yekun vurulacaq. Allsport.az xəbər verir ki, yarışın sonuncu günü yığma komandamızın üzvü Sergey Omelçenko keyrin növündə mübarizə aparır. Təsnifat mərhələsinin ilk yürüşündə idmançımız 5 velosipedçi arasında ikinci olaraq birbaşa yarımfinala vəsiqə qazana bilməyib.

Reqlamentə əsasən yalnız 6 qrupun qalibi birbaşa yarımfinal mərhələsində iştirak hüququ əldə edir. Medallar uğrunda mübarizəni davam etdirəcək qalan 6 iştirakçı isə təsəlliverici yürüşdən sonra müəyyənləşəcək. Odur ki, Sergey Omelçenkonun yarımfinala çıxmaq üçün daha bir imkanı var. Bunun üçün növbəti yürüşü qrup qalibi kimi başa vurmaq lazımdır.

Həmin kateqoriyadan