Son ölkə çempionu “Dinamo” ilə bacarmadı

Həftəsonu “AHF arena”da kişi həndbolçuların yüksək dəstəsində 17-cü və 18-ci turların oyunları baş tutub. Allsport.az saytı xəbər verir ki, mərkəzi görüşlərdə “Dinamo” və “Bakı” klubları qarşılaşıblar. Son ölkə çempionu ciddi müqavimət göstərsə də, Rəşad Hüseynovun komandası hər 2 matçda sevinib.

 17-cü tur

“İdman Akademiyası” – U-16 33:18 (24:5)
“Məhsul” – RİOEUGİM 42:23 (15:14)
“Dinamo” – “Bakı” 39:29 (18:16)

18-cü tur

U-16 – “İdman Akademiyası” 22:41 (11:24)
RİOEUGİM – “Məhsul” 31:42 (15:22)
“Bakı” – “Dinamo” 32:39 (18:19)

Yeni reqlamentə əsasən, qələbəyə görə 3 xal verilir. Matç heç-heçə bitərsə, dərhal 7-metrlik cərimə zərbələri təyin olunur. Qalibə 2 xal, yenilənə 1 xal verilir.

Həmin kateqoriyadan