Start qızları uşaqlarla əvəzlənəcək

Formula1-in təşkilatçıları Beynəlxalq Avtomobil Federasiyası ilə birlikdə gənc auditoriya cəlb etmək üçün yeni təşəbbüsü elan edib. Allsport.az saytı xəbər verir ki, indi ənənəvi “grid-girls”lərin yerinə start meydançasına iştirakçıların nömrələri yazılmış lövhələri uşaqlar çıxaracaqlar.

Gənc namizədləri milli avtoklublarla birgə qran-pri bələdçiləri seçəcəklər. Seçki anınadək bütün iddiaçılar kartinqlə məşğul olmalı və ya kiçik yarış seriyalarının iştirakçısı olmalıdırlar. Yerli təşkilatçılar meyarları özləri müəyyən edəcəklər – seçim həm idman nailiyyətlərinin əsasında, həm də lotereyanın yekunlarına görə aparılacaq.

Uşaqlar iştirakçıların nömrələri yazılmış lövhələri təkcə Formula-1 startından əvvəl deyil, həmçinin yarış müddətində saxlayacaqlar. Bundan başqa, bazar günləri uşaqları müşayiət edən valideynlər də yarış iştirakçılarının olduğu əraziyə (paddock) buraxılış əldə edəcəklər.

 

Həmin kateqoriyadan