Şumaxerin villası müalicəsi üçün satışa çıxarıldı

Keçmiş Formula 1 pilotu Mixael Şumaxerin İsveçrədəki villası satışa çıxarılıb. Allsport.az xəbər verir ki, Qlan şəhərində yerləşən malikanə 58,7 milyon avro dəyərində qiymətləndirilir.

Villanın sahəsi 20 min kvadrat metrdən çoxdur. Satışdan qazanılacaq pul Şumaxerin həftədə 56 min avroya başa gələn müalicəsinə xərclənəcək. Bundan əvvəl idmançının ailəsi 35 milyon avro dəyərində olan təyyarəsi müalicə məqsədilə satmışdı.

2013-cü ilin dekabrında 7 dəfə dünya çempionu olmuş alman pilot Alp dağlarında xizəklə sürüşərkən keçirdiyi qəza nəticəsində aldığı ağır kəllə-beyin travmasından sonra komaya düşüb və hazırda müalicəsini davam etdirir.

Həmin kateqoriyadan