Super seriyada hesab bərabərdir

Allaport.az xəbər verir ki, bu gün “Sərhədçi” idman mərkəzində, Azərbaycan basketbol liqasının (ABL) “Sabah” və “Gəncə” komandaları arasında final seriyasının ikinci oyunu baş tutub.

Gərgin və maraqlı mübarizə şəraitində davam edən oyunun sonuna yaxın üstünlüyü əldən verən “Sabah” komandası 78:74 hesabı ilə “Gəncə” basketbolçularına məğlub olublar. Bu qələbə ilə “Gəncə” seriyadakı hesabı (1:1) bərabərləşdirib. Final seriyasının üçüncü oyunu 24 may saat 19:30-da baş tutacaq.

Ən məhsuldar basketbolçular: “Gəncə” (Kollin Törner – 14 xal, 7 götürmə), “Sabah” (Entoni Patti – 26 xal, 14 götürmə)

Həmin kateqoriyadan