“Sürətin nəbzini tut-2” təlimi sona çatdı

“Həyat-Naxçıvan” mehmanxanasının “Şuşa” zalında “Sürətin nəbzini tut-2” təcrübi təlimi başa çatdı. Allsport.az saytı xəbər verir ki, Bakı Şəhər Halqası əməliyyat şirkətinin təşkilatçılığı ilə keçirilən 2 günlük tədbirin məqsədi yerli KİV-in formula1 bilgisinin artırılması olub.

Dünən jurnalistlər önünə çıxan “Sky Sports” və “BeIN Sports” tele-kanallarında avtoidman yarışını işıqlandırmış britaniyalı şərhçi Kris Medlənd, formula1 aləmi və onun ətrafında baş verənlər barədə müxtəlif məlumatlar verib, qeydiyyat şərtləri və qaydalardan danışıb.

Bu gün beynəlxalq təcrübəyə malik multimedia mütəxəssisi və AzDBTİA-nın “İdman jurnalistikası proqramı”nın rəhbəri Dan Mason təlim keçdi. O, yerli idman jurnalistlərinin avtoidman sahəsində ixtisaslaşmış peşəkar xarici mütəxəssislərin təcrübəsindən praktiki nümunələr göstərdi.

Həmin kateqoriyadan