“Təəssüf ki, hər 2 pilotumuz 3-cü startda mübarizədən kənar qaldı”

“Alpin” komandasının rəhbəri Otmar Safneur geridə qalan Avstraliya qran prisinə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, baş verən qəzaya da münasibət bildirib: ”Melburn yarışını xalsız tərk etdiyimiz üçün məyüsuq. Digər tərəfdən komanda bolidin sürəti ilə qane ola bilər.

Melbrunda tempimiz rəqiblərin sürətinə yaxın idi, lazım olanda müdafiə oluna soyuqqanlılıq göstərə bildik. Pyer Qasli yaxşı çıxış etdi. O, yarışın çox hissəsini “Mersedes”, “Aston Martin” və “Ferrari” komandaları ilə mükafat uğrunda mübarizə apardı. Belə müsbət məqamları xatırlayaraq, gələcək mərhələlərdə motivasiya kimi yararlanmalıyıq.

Yarışın başlanğıcında Esteban Okonun bəxti gətirmədi. Okon bir neçə yaxşı ötmələrlə yadda qaldı. Təəssüf ki, hər iki pilotumuz üçüncü startda mübarizədən kənar qaldı. Baş verən hadisəni nəzərə alsaq, onların yaxşı olmasına şadam. Kollektivimiz irəliləməyə davam edəcək.

Bizi komanda olaraq bir araya gətirən elə çətinliklərdir. Bizi artıq Bakıdakı yarış səbirsizliklə gözləyir, növbəti mərhələyə yeniliklər gətirməyi planlaşdırırıq”.

Həmin kateqoriyadan