“Təhsil” intriqanı artırdı

Həftə sonu “AHF arena”da kişi həndbolçuların yüksək dəstəsində 7-ci və 8-ci turların təxirə salınan oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, mərkəzi görüşlərdə “Təhsil” qızıl medallara digər iddialı “Məhsul”u hər 2 mübarizədə yenib.

 7-ci tur

RİOEUGİM – “Bakı” 24:37 (12:17)
U-16 – “Dinamo” 22:54 (8:28)
“Təhsil” – “Məhsul” 21:20 (11:10)

8-ci tur

“Bakı” – RİOEUGİM 30:18 (15:10)
“Dinamo” – U-16 60:32 (25:18)
“Məhsul” – “Təhsil” 16:17 (8:8)

Yeni reqlamentə əsasən, qələbəyə görə 3 xal verilir. Matç heç-heçə bitərsə, dərhal 7-metrlik cərimə zərbələri təyin olunur. Qalibə 2 xal, yenilənə 1 xal verilir.

Həmin kateqoriyadan