- Baxış sayı: 89
- 02 Noyabr 2026 19:17
- Baxış sayı: 347
- Noyabr 09, 2026
- 0

Rumıniyanın paytaxtı Buxarestdə gənc ağırlıqqaldıranların Avropa birinciliyi davam edir.
Allsport.az saytı xəbər verir ki, dünən Füqan Əliyev (81 kq) körpücük üzərinə çıxıb. O, U-23-də birdən qaldırmada 138 kq-ı ram edib və bu hərəkətdə 9-cu yeri tutub.
İdmançımız təkanla qaldırmada uğurlu çıxış edib. 179 kq-ı qaldırıb və gümüş medal qazanıb.
Toplam 317 kq (138+179) nəticə göstərən Füqan yekun sıralamada 4-cü yeri tutub.