- Baxış sayı: 61
- 11 May 2026 15:09
- Baxış sayı: 84
- May 11, 2026
- 0

Lamarkus Oldric peşəkar basketboldan getdiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, “Bruklin Nets”in keçmiş üzvü ötən yaydan bəri azad agent statusunda idi. Milli basketbol assosiasiyasının (NBA) klublarından heç biri onunla müqavilə imzalamayıb.
2021-ci ilin aprelində Oldric artıq ürək aritmiyasına görə təqaüdə çıxdığını elan etmişdi. Lakin basketbolçu sonradan karyerasını davam etdirmək istəyib və keçən mövsümün sonunda “Bruklin Nets”ə qayıtıb.
Bu dəfə isə Lamarkus konkret olaraq karyerasını başa vurduğunu bildirib.