Tehrandan gümüş medal

Albaniyanın Dürres şəhərində gənc ağırlıqqaldıranların Avropa birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edir.

Bu gün milimizdən Tehran Məmmədov (61 kq) körpücük üzərinə çıxıb. “Buta” klubunun nümayəndəsi yaşı 20-yə qədər olan idmançılar arasında mübarizə aparıb.

O, birdən qaldırmada 120 kq nəticə ilə 2-ci olub. Təkanla qaldırma hərəkətində 141 kq-ı başı üzərinə qaldırıb və bürünc medala yiyələnib.

Toplam 261 kq (120+141) nəticə göstərən Tehran Məmmədov yekun sıralamada gümüş medal qazanıb.

Həmin kateqoriyadan