- Baxış sayı: 58
- 10 Noyabr 2026 23:45
- Baxış sayı: 359
- Noyabr 09, 2026
- 0

Gürcüstan paytaxtında beynəlxalq turnirində “Ocaq Sport” klubunun bədii gimnastları 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıblar.
Allsport.az saytı xəbər verir ki, Gülnar Rəsulzadə, Sara Atakişiyeva və Fatimə Tarverdiyeva hərəsi 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bundan başqa, Aylin Yüsifli 1 qızıl, 3 gümüş, Güllüzar Şərifova 1 dəst, Leyla Əliyeva 2 gümüş, Xəzra Qasımlı, Nərgiz Əliyeva hərəyə 1 gümüş, 1 bürünc, Fatimə Zeynalova və Salma İsmayılova gümüş, Leyla Nemakinа bürünc medal qazanıblar.