TOPs proqramı çərçivəsində uşaqlar üçün festival

TOPs proqramı çərçivəsində Heydər Əliyev mərkəzinin parkında 1 iyun – uşaqların beynəlxalq müdafiəsi gününə keçirilən festivalında müxtəlif yarışlar və fəaliyyətlər təşkil edilib. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev fondu, təhsil nazirliyi, Nərimanov rayon icra hakimiyyəti və “Regional inkişaf” ictimai birliyinin dəstəyi ilə keçirilən tədbirdə uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak ediblər.

TOPs proqramının təlimçiləri də festivala öz töhfəsini verib. Təlimçi müəllimlər parkda yaradılmış TOPs guşəsində uşaqlar üçün müxtəlif, şən, təhlükəsiz və hamı üçün əlçatan oyunlar və idman fəaliyyətləri təşkil ediblər. Milli olimpiya komitəsinin dəstəyi ilə TOPs guşəsində təşkil olunmuş fəaliyyətlərdə ulduz idmançılar – yunan-roma güləşi üzrə olimpiya mükafatçısı Rəsul Çunayev, karate üzrə olimpiya mükafatçısı İrina Zaretska da iştirak ediblər.

Tanınmış idmançılar uşaqlarla birgə komanda yarışlarına qatılıb, onlara sağlam həyat tərzini qorumaq üçün öz tövsiyələrini veriblər. Yüzlərlə uşaq bu fəaliyyətlərdə iştirak edib və estafet yarışının qaliblərinə medal, həmçinin müxtəlif hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan