“Topuriya mənim sözlərimi təkrarlayır”

“Topuriya mənim sözlərimi təkrarlayır”

UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor İliya Topuriyanın tez-tez onu təqlid etməsinə münasibət bildirib.

Allsport.az xəbər verir ki, irlandiyalı döyüşçü bunun onu narahat etmədiyini, əksinə, gülməli hesab etdiyini deyib:

“Üzü sındı, bu, sərt idmandır. Nədirsə, odur. Mən onun adını çəkmirəm, amma o, mənim sözlərimi təkrarlayır, sitatlarımı istifadə edir. Mən bunu gülməli hesab edirəm. Bu, insanların məndən ilham aldığını və onları motivasiya etdiyimi göstərir”.

37 yaşlı Konor Makqreqor 2008-ci ildən peşəkar MMA-da çıxış edir. O, 2013-cü ildən UFC-də döyüşür və yarımyüngül (65 kq) ilə yüngül (70 kq) çəki dərəcələrində çempionluq tituluna sahib olub.

Həmin kateqoriyadan