- Baxış sayı: 64
- 15 İyun 2026 10:57
- Baxış sayı: 83
- İyun 26, 2026
- 0

“Toro Rosso” yeni mövsümə hazırladığı STR12 maşınını təqdim edib. Allsport.az saytı xəbər verir ki, bununla da çempionatın bütün komandaları yeni bolidlərini göstərmiş olublar.
Heyət bu il dəyişməyib: Karlos Sayns və Daniel Kvyat Barselonada günəşin batmasına az qalmış STR12-nin üzərindən örtüyü çəkiblər.
F-1.az-in məlumatına görə, cari mövsüb öncəsi maşının rəng çalarlarını dəyişib. İndi törəmə komandanın bolidi ana komandakından xeyli fərqlənir. Bu gün başlayacaq testlərdə STR12 və Rb13 avtomobillərini müqayisə etmək maraqlı olacaq…