U-18 Bakıda “B” divizionuna yüksələ biləcəkmi?

29 iyul – 6 avqustda “Sərhədçi” idman mərkəzində 18 yaşlı oğlan basketbolçuların Avropa çempionatının “C” divizionun oyunları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 9 milli komanda 2 qrupda mübarizə aparacaq.

“A” qrupunda millimiz, Malta, Kipr və Moldova ilə bir yerdədir. “B” qrupunda Andorra, Lüksemburq, San Marino, Monako və Cəbəllütariq növbəti mərhələyə vəsiqə mücadilə edəcəklər.

Açılış oyunu Monako və San Marino yığmaları arasında olacaq. Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu 29 iyul saat 20:00-da Maltaya qarşı keçirəcək.

Həmin kateqoriyadan