- Baxış sayı: 61
- 11 May 2026 15:09
- Baxış sayı: 54
- May 11, 2026
- 0

Allsport.az xəbər verir ki, 27 iyun tarixindən etibarən basketbol üzrə oğlanlardan ibarət U-20 yığma komandamız Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start verib.
Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi millimiz, iki yoxlama oyununda qüvvəsini sınaqdan keçirib. Millimiz ilk görüşündə “Göktürk Basketbol Akademisi” komandasına 60:55, ikinci oyunda isə “Atletik İstanbul” klubuna 81:65 hesabı ilə qalib gəlib. Millimizin sonuncu yoxlama oyunu Türkiyənin U-18 yığmasına qarşı olacaq.
Hazırlıq prosesi 4 iyul tarixinə qədər davam edəcək