“Üçxallıq atışların yüksək faizini göstərdik”

“Bu oyuna ciddi hazırlaşırdıq. Başa düşürdük ki, qələbə bizi kubokun yarımfinalına yaxınlaşdıracaq”.

Allsport.az xəbər verir ki, bunu NTD-İndiqo basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev deyib.

Millimizi də çalışdıran mütəxəssis Azərbaycan kubokunun II turunda “Sərhədçi”yə 104:70 hesabı ilə qalib gəldikləri görüşü şərh edib: “Oyun bizim üçün yaxşı keçdi. Üçxallıq atışların yüksək faizini göstərdik. Bu komandaya böyük inam verdi. Uşaqlardan və göstərilən oyundan tam razı qaldım. Komandanın müdafiədəki oyunu xoşuma gəldi. Bu həm legionerlərə, həm də yerli gənclərə aiddir. Kubok matçlarını izləyirik, amma bir şey söyləmək hələ tezdir. Bütün mübarizə qabaqdadır. Bu, ikinci qrupa da aiddir. “Sabah”qrupumuzda favorit olaraq qalır. Amma biz yalnız öz oyunumuzu düşünürük”.

Qeyd edək ki, Xaçmaz təmsilçisinin 2 matçdan sonra hesabın 4 xalı var.

Həmin kateqoriyadan