“Uimbldon”un qalibi oldu

“Uimbldon”un qalibi oldu

İtaliyalı tennisçi Yannik Sinner “Uimbldon” turnirinin kişilər arasında keçirilən təklər yarışının qalibi olub.

Allsport.az xəbər verir ki, dünya reytinqinin lideri finalda Almaniya təmsilçisi Aleksandr Zverevi 3:1 hesabı ilə məğlub edib.

Londonda baş tutan həlledici qarşılaşma 3 saat 46 dəqiqə davam edib. İlk seti tay-brekdə uduzan Sinner növbəti üç setdə 7:6, 6:3 və 6:4 hesablı qələbələr qazanaraq çempionluğa yiyələnib.

Bu, Yannik Sinnerin ardıcıl ikinci “Uimbldon”, ümumilikdə isə karyerasında beşinci “Böyük Dəbilqə” titulu olub. İtaliyalı tennisçi daha əvvəl iki dəfə Avstraliya Açıq, bir dəfə isə ABŞ Açıq turnirinin qalibi adını qazanmışdı.

Həmin kateqoriyadan