- Baxış sayı: 116
- 01 Dekabr 2023 16:54
- Baxış sayı: 44
- Aprel 18, 2024
- 0
“Synergy Baku”nun üzvləri Ukrayna və Sloveniyada keçirilən beynəlxalq yarışlarda uğurla çıxış ediblər. Allsport.az saytı xəbər verir ki, təmsilçilərimiz hər 2 yarışda fəxri kürsüyə qalxıblar. Heyəti Elçin Əsədov, Yannis Tamuridis, Maksim Averin, Markus Eybeger, Matey Müqerli və Tural İsgəndərovdan ibarət kollektiv Ukraynada keçirilən “Odessa Grand-Prix” yarışında iştirak edib.
Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı 2 günlük yarışında təmsilçilərimizdən ən yüksək nəticəyə Matey Müqerli imza atıb – o, hər 2 yarış günündə finişi qalibdən sonra keçməklə 2 dəfə fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Digər təmsilçimiz Maksim Averin isə ilk yarış günündə 8-ci olmaqla Rio-2016 Yay Olimpiya Oyunlarına 3 lisenziya xalı qazanıb. Hazırda onun aktivində ümumilikdə 142 reytinq xalı var.
Avqustun 6-9-da Estoniyanın Tartu şəhərində keçiriləcək Avropa birinciliyində iştirakı planlaşdırılan gənclər yığmamızın üzvü Samir Cəbrayılov isə məsul yarış öncəsi yoxlama yarışlarında qüvvəsini sınayır. O, “Kranj-2015” kriterium yarışında çıxış edərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.