“Ustadlar” turnirində

“Ustadlar” turnirində

24 qat “Böyük dəbilqə” çempionu Novak Cokoviç ABŞ-də keçiriləcək “Ustadlar” turnirində çıxış edəcəyini açıqlayıb.

Allsport.az xəbər verir ki, serbiyalı tennisçi avqustun 13-23-də baş tutacaq yarışda korta qayıdacaq.

Cokoviç açıqlamasında 2023-cü ildən sonra yenidən Sinsinnatidə çıxış edəcəyinə sevindiyini bildirib:

“Bu il yenidən “Ustadlar” turnirində çıxış edəcəyim üçün çox şadam. 2023-cü ildə karyeramın ən yaxşı “Ustadlar” finallarından birini keçirmişdim. Yenidən qayıtmağı və azarkeşlər qarşısında oynamağı səbirsizliklə gözləyirəm”.

Novak Cokoviç sonuncu dəfə 2023-cü ildə bu turnirdə iştirak edib və finalda ispaniyalı Karlos Alkarası məğlub edərək çempion olub.

Həmin kateqoriyadan