Valtteri Bottas keçmiş komandasından ehtiyatlanır

“Mersedes”in yeni sürücüsü Valtteri Bottas “Uilyams” növbəti illərdə yenidən qələbə və çempionluq uğrunda mübarizə apara biləcəyinə inanır. Allsport.az saytı f-1.az-a istinadən xəbər verir ki, adı ikinci çəkilən komanda son qələbəsini 2012-ci ilin İspaniya QP-də Pastor Maldonado ilə, son poulunu isə 2014-cü ildə Felipe Massa ilə qazanmışdı.

Britaniyalılar 2014-cü ildəki yenidənqurma işlərindən sonra bir neçə dəfə podiuma yüksəlsələr də, qələbə qazana bilməyiblər. 2013-2016-cı illərdə “Uilyams”da çıxış edən Valtteri Bottas isə Rosberqin istefasından sonra “Mersedes”ə transfer olunmuşdu.

“Mənim üçün də, komanda üçün də əla öyrənmə müddəti oldu. Komandanın illər keçdikcə peşəkarlaşdığını hiss edirdim. Bəzən nəticəsi olmasa da, inkişaf etdiyinizi görürsünüz. Həmişə demişəm. “Uilyams” keçmişdə çoxlu çempionluqlar qazandı və yenidən qazana bilməməsi üçün səbəb yoxdur. Bunun üçün sadəcə vaxt lazımdır. İlk qələbəmizi və ya çempionluğumuzu bir yerdə ala bilməmək bizi məyus etdi, amma komandadakılar üçün ən yaxşısını arzu edirəm. Ümid edirəm ki, tezliklə çempion ola bilərlər” – deyə, Valtteri Bottas qeyd edib.

Həmin kateqoriyadan