Vaşinqtonda mübarizəni dayandırdı

Vaşinqtonda mübarizəni dayandırdı

Avstriyanı təmsil edən rusiyalı tennisçi Anastasiya Potapova Vaşinqtonda keçirilən VTA 500 kateqoriyalı “Mubadala DC open” turnirində ikinci mərhələyə yüksəlib. 

Allsport.az xəbər verir ki, 25 yaşlı tennisçi yarışın ilk raundunda 46 yaşlı əfsanəvi amerikalı Vinus Uilyamsla üz-üzə gəlib.

Dünya reytinqində 27-ci sırada yer alan Potapova keçmiş “bir nömrə”li raketka ustasını 6:3, 6:3 hesabı ilə məğlub edib. Qarşılaşma 1 saat 15 dəqiqə davam edib. 

Potapovanın növbəti rəqibi digər rusiyalı tennisçi Diana Şnayder olacaq.

Həmin kateqoriyadan