Velosiped federasiyanın yeni prezidenti

Azərbaycan velosiped federasiyasının (AVF) növbədənkənar ümumi yığıncağı keçirilib.

Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Daha sonra federasiyanın baş katibi Elnarə Musayeva ötən dövr ərzində görülən işlərin hesabatını təqdim edib.

Tədbirdə federasiya prezidenti Mədət Quliyev çıxış edərək təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək, istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

AVF rəhbərliyinə seçki keçirilib. “Silk Way” şirkətlər qrupunun prezidenti Zaur Axundov federasiyanın prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə icraiyyə komitəsinin üzvləri seçiliblər.

Sonda Z.Axundov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

Həmin kateqoriyadan