VİDEO, FOTO
“Gəmiçilər”in Antalya toplanışı

“Xəzər Lənkəran”ın Türkiyə toplanışı davam edir. Allsport.az xəbər verir ki, komandanın səhər məşqindən öncə komandanın məskunlaşdığı otelin akt zalında futbolçulara 25 il öncə baş vermiş faciə – 20 yanvar hadisələri haqqında məlumat verilib.

“Xəzər Lənkəran”ın idman direktoru Yunis Hüseynov çıxışında həmin gün baş verənlərlə bağlı xatirələri danışaraq bu şərəfli günün tarix boyu xalqımızın yaddaşından silinməyəcəyini vurğulayıb.

Daha sonra səhər məşqində toplanışda iştirak edən bütün heyət meydanda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

 

Həmin kateqoriyadan