“Xəzri” çempionatın vahid lideridir

“Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının (ABL) 14-cü turunun növbəti oyunu baş tutub.

Allsport.az xəbər verir ki, çempionatın güclü kollektivlərindən sayılan “Xəzri”, qələbəsi olmayan “Şəki” klubu ilə qarşılaşıb.

Oyunun son dəqiqələrində öz ağırlığını ortaya qoyan paytaxt klubu “Xəzri”, yekunda 94-85 hesablı qələbə qazanıb. Bu qələbə ilə “Xəzri”, turnir cədvəlində “Sabah” klubunu geridə qoyaraq çempionatın vahid lideri olub.

Ən məhsuldar basketbolçular: “Xəzri” (Yusuf Mohamed – 23 xal, 6 götürmə), “Şəki” (Pol Dibal – 23 xal, 6 götürmə)

Həmin kateqoriyadan