“Xəzri” dən hədəf oyununda vacib qələbə

Xaçmaz olimpiya idman kompleksində Azərbaycan basketbol liqasının (ABL) 13 -cü turunun son oyunu baş tutub.

Allsport.az xəbər verir ki, “NTD-İndiqo” doğma azarkeşləri önündə, paytaxt klubu “Xəzri” ilə qarşılaşıb. Bu gərgin görüşdə, Amil Həmzəyevin dominant oyunu “Xəzri” yə 89-85 hesablı qələbə qazandırıb. Bu qələbə ilə “Xəzri” turnir cədvəlində Xaçmaz klubunu qabaqlayaraq ikinci sıraya yüksəlib.

Ən məhsuldar basketbolçular: “NTD-İndiqo” (Əkbər Məmmədov – 19 xal, 5 götürmə), “Xəzri” (Amil Həmzəyev – 32 xal, 3 götürmə)

Həmin kateqoriyadan