“Xəzri”dən rahat, “Xırdalan”dan əzmkar qələbə

Azərbaycan basketbol liqasında (ABL) 12-ci turun 2 oyunu keçirilib. Allsport.az xəbər verir ki, “Sərhədçi” idman mərkəzində “Xəzri” və “Cəlilabad” klubları üz-üzə gəliblər.

Bu görüşdə ev sahibi rəqibi üzərində 100-81 hesablı rahat qələbə qazanıb. Ən məhsuldar basketbolçular: “Xəzri”dən Cordan Perkins (23 xal, 9 ötürmə), “Cəlilabad”dan Camani Pirs (21 xal, 5 götürmə) fərqləniblər.

Günün ikinci oyununda çempionatın vahid lideri “Sabah”, pley-off zonasında qərarlaşmış “Xırdalan” klubu ilə qarşılaşıb. Əlavə vaxta gedən gərgin oyunun yekununda 107-103 hesabı ilə qələbə qazanan tərəf “Xırdalan” olub.

Ən məhsuldar basketbolçular: “Sabah” (Kivon Devenport – 24 xal, 12 götürmə), “Xırdalan” (Cessi Qi – 32 xal, 7 ötürmə)

Həmin kateqoriyadan