“Xəzri” liderliyini qoruyur

Xaçmaz olimpiya idman lompleksində Azərbaycan basketbol liqasının (ABL) 15-ci turunda növbəti oyun gününün ilk qarşılaşması baş tutub.

Allsport.az xəbər verir ki, çempionatın güclü kollektivlərindən sayılan “NTD-İndiqo”, son zamanlar yüksəlişdə olan “Sərhədçi” klubu ilə üz-üzə gəlib və 84-74 hesablı qələbəyə sevinib.

Ən məhsuldar basketbolçular: “NTD-İndiqo” (Qriffin Remmi – 22 xal, 11 ötürmə), “Sərhədçi” (Tarık Vudi – 23 xal, 11 götürmə)

Günün ikinci oyunu “Sərhədçi” idman çərkəzində keçirilib. Pley-off zonasında qərarlaşmış “Xırdalan”, çempionatın lideri “Xəzri” ilə qarşılaşıb. Oyun “Xəzri” nin 108-82 hesablı rahat qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular: “Xırdalan” (Zeyver Bryüer – 28 xal, 6 götürmə), “Xəzri” (Ceremi Maklaflin – 22 xal, 11 götürmə)

Həmin kateqoriyadan