- Baxış sayı: 47
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 85
- Sentyabr 25, 2026
- 0

Bu gün basketbol üzrə Azərbaycan çempionatında V tura yekun vurulub.
Allsport.az xəbər verir ki, turun son oyununda “Şəki” “Xəzri”ni qəbul edib.
Görüşdə qonaqlar aşkar favorit olsalar da, onlar heç də asan qələbə qazanmayıblar. Məhsuldar keçməyən oyunda komandalar böyük fasiləyə bərabərliklə yollanlblar. Üçüncü periodda “Xəzri” təcrübə sayəsində üstünlü qazanıb. Nəticədə “Şəki” mövsümdə ardıcıl 5-ci dəfə meydanı məğlub tərk edib.
12:00. “Şəki” – “Xəzri” – 53:62 (10:16, 16:10, 12:22, 15:14)