“Xəzri” “Sərhədçi”ni üstələdi

Bu gün Azərbaycan basketbol liqasında VIII tura start verilib.

Allsport.az xəbər verir ki, günün yeganə oyununda “Xəzri” “Sərhədçi”ni sınağa çəkib.

Debütant mövsümdə 6-cı qələbəsini qazanıb. Autsayderlə oyuna yaxşı başlamayan “Xəzri” ilk periodu məğlub başa vurub. Bundan sonra özünə gələn meydan sahibləri növbəti iki periodda rəqibə göz açmağa imkan verməyiblər. Son perioda 22 xal fərqi ilə üstün yollanan komanda asan qələbə qazanıb. “Sərhədçi” isə 8 turdan sonra cəmi iki qələbəyə sevinib.

19:30. “Xəzri” – “Sərhədçi” – 117:100 (18:29, 36:22, 35:16, 28:33)

Həmin kateqoriyadan