“Xəzri” və “Xırdalan”dan qələbə

Bu gün basketbol üzrə Azərbaycan çempionatında VII turun növbəti görüşləri keçirilib.

Allsport.az xəbər verir ki, turun ikinci oyun günündə 2 matç baş tutub.

“Sumqayıt”ın qonağı olacaq “Xəzri” 10 xal fərqi ilə qələbə qazanıb. Oyuna Sumqayıt basketbolçuları yaxşı başlasalar da, qonaq komanda sonrakı 3 periodda daha yaxşı oynayıb. “Xəzri” lider “NTD-İndiqo” ilə xalını bərabərləşdirib.

“Xırdalan” uğursuz oyunlar seriyasında “Sərhədçi” ilə qarşılaşmada son qoyub. Qonaq komanda son 4 matçda meydanı məğlub tərk etmişdi. “Sərhədçi” mövsümdə 5-ci dəfə uduzub.

16:30. “Sumqayıt” – “Xəzri” – 85:95 (28:25, 19:25, 18:25, 20:22)

19:30. “Sərhədçi” – “Xırdalan” – 57:79 (8:13, 15:19, 19:18, 15:29)

Həmin kateqoriyadan