Xizək alpinistləri dünya kubokunda iştirak edib

Qış idmanı federasiyası tərəfindən ölkəmizdə qış idman növlərinin inkişafı, yerli idmançıların yetişdirilməsi istiqamətində işlər davam etdirilir. Allsport.az saytı xəbər verir ki, yerli idmançılarımız beynəlxalq yarış təcrübəsi toplamaq məqsədilə Andorra knyazlığında xizək alpinizmi üzrə dünya kubokunda iştirak ediblər.

Gənc idmançılarımız Nəsir Fərhadov, Elbrus ƏzizovNəzrin Qəribova ilk dəfə qatıldıqları beynəlxalq yarışın şaquli yürüş növündə fərdi bacarıqlarını nümayiş etdiriblər. Həmçinin Ramin BeybutovŞəbnəm Mirzəyeva bu yarış çərçivəsində yeni idmançılar üçün nəzərdə tutulan açıq yürüşdə iştirak edərək təcrübələrini artırıblar.

Həmin kateqoriyadan