Xizək alpinizmi üzrə gənc idmançıların seçimi

Azərbaycanda qış idman növlərinin inkişafı, bu idman növləri üzrə idmançıların yetişdirilməsi, həmçinin milli komandanın formalaşdırılması məqsədilə 15-16 noyabrda xizək alpinizmi üzrə gənc idmançıların seçimi keçirilib.

Allsport.az saytı xəbər verir ki, proses federasiya tərəfindən dəvət olunan beynəlxalq məşqçilər – Patrik Kampays və Filip Gayet tərəfindən həyata keçirilib. Nəticələrə əsasən, 2 qrup olmaqla 11 nəfər gənc idmançı seçilib. “A” qrupu üzrə 3 qız və 3 oğlan, “B” qrupunda isə 2 qız və 3 oğlan təyin edilib.

Seçilmiş idmançılar Azərbaycanı gələcəkdə beynəlxalq yarışlarda təmsil etmək üçün federasiya tərəfindən dəvət olunan xizək alpinizmi üzrə məşqçi Patrik Kampays tərəfindən hazırlaşdırılacaq.

Məşqlər “Şahdağ” turizm mərkəzində həyata keçiriləcək.

Həmin kateqoriyadan