- Baxış sayı: 90
- 17 Sentyabr 2026 21:28
- Baxış sayı: 78
- Sentyabr 25, 2026
- 0

Sentyabrın 21-də xüsusi olimpiya komitəsinin təşkilatçılığı ilə badminton turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, Şağan olimpiya idman kompleksində açıq havada oğlanlar və qızlar arasında 80 nəfər iştirak edib.
Xüsusi, yardımçı məktəb və internatların, eləcə də autizm təşkilatlarının təmsilçilərinin mübarizə apardığı turnirdə qaliblər müəyyənləşib. Sonda yekun nəticəyə görə fərqlənənlər mükafatlandırılıblar.