Yaponiyalı idmançılar Şahdağda xizək və snoubord üzrə ustad dərsi keçiblər

Şahdağ” turizm mərkəzinin təşkilatçılığı, eləcə də qış idman növləri federasiyasının və Yaponiyanın Azərbayandakı səfirliyinin dəstəyi ilə, xizək idmanı ilə məşğul olanlar üçün ilk dəfə olaraq xizək fristaylının mogul növü üzrə ustad dərsi keçirilib. Allsport.az saytı xəbər verir ki, təlimin məqsədi ölkəmizdə qiş idman növlərini təşviq etmək, bu növü tanıtmaq, yerli idmançıların və mütəxəssislərin hazırlanmasına dəstək olmaqdır.

“Şahdağ” turizm mərkəzində baş tutan təlim çərçivəsində Yaponiyadan olan olimpiyaçılar və mütəxəssislər xizəksevərlərə və həmçinin yerli xizək təlimçilərinə bu idman növünün incəliklərini və qaydalarını nümayiş etdiriblər. Tədbirdə qonaq qismində Yaponiyanın Azərbaycanakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada da iştirak edib.

Xizək fristaylının mogul növü 1988-ci ildən qış olimpiya oyunlarına rəsmən daxil edilib. ” Ağ olimpiada”da ekstremal idman növlərindən biri sayılan fristaylın bu növündən başqa akrobatika, ski-cross, xafpayp, sloupstayl və bigeyr kimi növləri də mövcuddur.

Həmin kateqoriyadan